Hücuma başladıq!

Bir gün ətrafımızdakı insanların öz şəxsiyyət vəsiqələrindəki seriya nömrələri kimi proqramlaşdırıldığını gördük. Ruhumuzu vermək istədik onlara.
Bir gün ətrafımızdakı insanların Bakının sahibsiz ağaclarının başında məskən qurmuş kulyoklar kimi boz rəngə büründüklərini gördük. Damarımızı kəsib qanımızı sıçratmaq istədik üzərlərinə.
Bir gün ətrafımızdakı insanların həyatlarının reklamlar kimi mənasız və yalan olduğunu gördük. Televizorlarını söndürmək, pəncərənin o tayında qaynayan həyata qoşulmalarını istədik.
Yalanların, yalançıların, fahişələrin, sutenyorların, mavilərin, lezbiyanların, yanıqların, acgözlərin, taxtabaşların, rüşvətxorların, qulların, quldarların, savadsızlığın, rəngsizliyin, mənasızlığın üzünə tüpürdük və hücuma başladıq. Qaldır əllərini, sən də qoşul ordumuza, yırtaq içalatını düşmənlərimizin!
Silahımız nə bıçaqdı, nə də tapança. Amma onları qorxudacaq qədər, qorxudan altlarını batırdacaq qədər təhlükəlidi. Qələm, mikrofon və beyin qırışdıran hər şey. Fikirlərimizi orduya çevirdik, ordumuz onların belini sındıracaaaaaaaaq!
Seç artıq, ya bizimləsən, ya altımızda...
Manifest
Bəsdir tənqid, bəsdir sadəcə sözlərdə iş, bəsdir sadəcə mahnılar, bəsdir sadəcə verliş!..
... artıq satışda
Tam xaos. Paranoya. Həyatdan bezmiş bir qrup gənc dünyanın xilasını onun məhvində görür..
Müasir Bakı, çağdaş problemlər. “Biz dünyaya niyə gəlmişik?”. Ən dərin fəlsəfi suallara ən sərt cavablar. A kimdir? O nə etmək istəyir? Kontr-kultura, alternativ düşüncə. Ən dəhşətli yanğınlar kiçik qığılcımdan başlayır... // Qaraqan (kitabı Akademik kitabaxanasından əldə edə bilərsiz. Nizami küçəsi, Azərbaycan k/t-na gedən yol)
H.O.S.T'un yeni albomu "Qarada Qırmızı" işıq üzü gördü. 18 mahnıdan ibarət olan albom "Proloq"un davamı sayıla bilər. H.O.S.T bu mahnılarda bütün fəlsəfəsini və izlədiyi yolu açıqlayır. Qrupun sayca ikinci albomunu yalnız Nizami Gəncəvi küçəsi (Torqovı), 48 ünvanında yerləşən "MGM" mağazasından (MakDonalds`ın arxası) əldə edə bilərsən.




